Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Bu həyatda hər bir insana iki ad verilir. Bir adı valideyinlər, digərini isə ona yaxınları dostları verir. Məhz Eldar müəllimin cəmiyyət və dostları tərəfindən tanınan ikinci adı Elin adamı adıdır.
Eldar Hüseynovun həyatı Azərbaycanın ilk siyasi partiyası AMİP adı ilə daha çox bağlıdır. Bu məqsədlə böyük həyat təcrübəsi olan Eldar Hüseynovun müsahibəsinin hər kəsə maraqlı olacağını nəzərə alaraq Ovqat.com oxucularına təqdim edirik.
-Eldar müəllim, xoş gördük. Necəsiniz? Bu yaşda özünüzü necə hiss edirsiniz?
-Xoş gördük, çox sağ olun. Çox yaxşıyam.
-Azərbaycan Milli İstiqlal Partiyasına necə gəldiniz?
-İlk yaranan vaxtdan AMİP nın sıralarına yazıldım. Azərbaycanın dövlət quruculuğu 1990 – cı illərdə çox ağrılı gedirdi. O zamanlar partiyamız həm dövlət quruculuğunda iştirak edirdi həm də erməni işğalçılarına qarşı mübarizə aparırdı. Ölkənin ağlr vaxtlarında kənarda qala bilməzdim.
-Hansı təşkilatda fəaliyyətə başladınız?
-Nərimanov rayonunda təşkilatının qurulmasından, siyasi partiyanın ən yüksək qərarverici orqan olan Siyasi Şuraya qədər, partiya sədrinin müşaviri postuna qədər bir yol keçdim.
-Uzun müddət müxalifətdə təmsil olunmağınız sizdə ümidsizliyə səbəb oldumu?
-Xeyr, qətiyyən. Uzun illərdir Azərbaycan iqtidarı bir dəfə də olsun normal seçki mühiti yaratmadı. Normal seçkilər olsaydı, biz AMİP komandası ilə, millətimizə və dövlətimizə böyük töhvələr vermiş olardıq. Biz yorulmadan mübarizə aparırıq. Yeri gəlmişkən qeyd edim ki, avqustun 15 - də sayca 11-ci qurultayımızı keçiririk.
-Eldar müəllim belə bir fikir var ki, partiyalar gəncləşməlidir, bu məsələyə münasibətimiz necədir?
-Çox yaxşı. Nə qədər çox gənclər siyasi partiyalarda təmsil olub fəaliyyət göstərsələr, dövlətimiz daha çox inkişaf edər. Açığı son zamanlar, iqtidarın komandasına gənclərin təyinatlarını təqdir edirəm. İstər siyasi partiyalar olsun, istərsə də, hakimiyyəti təmsil edən insanlar gənc kadrlar olsa, dövlətimizin inkişafına yol açar.
-İşğal olunmuş torpaqlarımızla bağlı, düşüncələriniz nədən ibarətdir?
-Ermənilər xoşluqla torpaqlarımızı tərk etməyəcək. Bir ağsaqqal kimi, müharibə istəməzdim. Ancaq bu problemin hərbi siyasi yoldan başqa variantını görmürəm. Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Mən buna bütün varlığımla inanıram. Allah bu günləri bizə nəsib etsin.
-Gənclərə tövsiyyələriniz varmı?
-Azərbaycan gəncliyinə böyük inamım var. Son vaxtlar Ermənistan təxribat edərkən, Azərbaycan gəncləri ilə qürur duydum. Vətənpərvər gənclərimiz yetişib. Mən onların hər birinə, uğurlar arzulayıram. Hər zaman belə olsunlar.
-Eldar müəllim, sizi doğum gününüz, 77 yaşınız münasibətilə təbrik edir, sizə sağlıqlı ömür arzulayırıq.
-Çox sağ olun. Təşəkkür edirəm. Var olun. Sağ olun.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar