Xəbər lenti


Huriyyet.org xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi Yaşar Gülər Liviyaya səfər çərçivəsində Qətərin baş nazirinin müavini və müdafiə naziri Xalid ibn Məhəmməd əl Atiyyə və Liviyanın  müdafiə nazirinin müavini Səlahəddin ən Nəmruş ilə görüşüblər. Görüş zamanı bir sıra hərbi razılaşamalar imzalanıb. Türkiyənin Misratada dəniz bazası quracağı bildirilir.

Bəlli olduğu kimi, Türkiyə qiyamçı Həftər qüvvələri ilə mübarizə aparan Liviya hökuməyini dəstəkləyir.
“DefenceTurk” saytının yazdığına görə, razılaşmada Qətərin Liviyada qurulacaq hərbi təlim müəssisələrini maliyyələşdirməsi nəzərdə tutulur. Misratada üçtərəfli koordinasiya mərkəzi yaradılacaq və müqaviləyə əsasən Türkiyə Misratada dəniz bazası quracaq.

Türkiyənin dəniz bazası quracağı barəsində xəbərlər yayılsa da, indiyə qədər məsələ ilə bağlı tərəflərin heç biri rəsmi açıqlama verməyib. Lakin 13 avqust 2020-ci il tarixində Misrata sahillərində Türkiyə Dəniz Qüvvələrinə məxsus olduğu hesab edilən Qabya freqatının və Sikorsky S-70B-28 Seahawk vertolyotunu görünməsi Misrata limanında dəniz bazasının qurulmasına hazırlıq kimi qiymətləndirilib. Regiondakı mənbələr də bu mövqeyu dəstəkləyən açıqlamalar verib.

Mənbələr Liviyada Vatiyyə hərbi hava bazasının da Türkiyənin istifadəsinə veriləcəyini bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 3 125          Tarix: 18-08-2020, 16:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma