Xəbər lenti



Hurriyyet.org xəbər verir ki, Aralıq və Egey dənizlərində gərginlik getdikcə artmaqdadır. Yunanıstan və bəzi Aİ ölkələri bölgədə hərbi təlimlər keçirirlər.

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti R.T.Ərdoğan bu gün Malazgirt zəfərinin ildönümünə həsr edilmiş tədbirdə Yunanıstana sərt mesaj verərək söyləyib: “Türkiyə səbri sınanacaq bir ölkə deyildir. Qorxunun əcələ faydası yoxdur. Edəcəyik deyiriksə, edərik, bahasını da ödəyərik. Bahasını ödəmə bahasına qarşımıza çıxmaq istəyən varsa, buyurub gəlsin”.

Bəs Yunanıstanda vəziyyət necədir? CNN Türk kanalının Yunanıstandakı təmsilçisi Yorgo Kırbaki bu barədə canlı  yayımda danışıb.

Onun sözlərinə görə, Ərdoğanın son açıqlaması Yunanıstanda təhdid kimi qarşılanıb. Yaxın saatlarda Yunanıstanın Baş naziri Kiryakos Miçotakis yunan parlamentində çıxış edəcək. İlk rəsmi cavab oradan gələ bilər.

Yunanıstan ilə Misir arasında 6 avqust tarixində Qahirədə imzalanmış Dəniz Səlahiyyəti Sərhədləri ilə bağlı razılaşma təsdiqlənmək üzrədir. Bu gün yunan parlamentində müzakirəyə çıxarılacaq. Türkiyənin qanunsuz hesab elədiyi razılaşma artıq 3 həftə bundan əvvəl baş vermiş Oruç Rəis böhranına səbəb olmuşdu.



Ana səhifəyə qayıt        Baxış: 2 641          Tarix: 26-08-2020, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma