Xəbər lenti
Hurriyyet.org xəbər verir ki, Ankaranın keçirdiyi təlimlərdən sonra bütün dünyanın nəzərləri Şərqi Aralıq dənizinə yönəlib. ABŞ, Fransa, BƏƏ, İtaliya, Misir və Cənubi Kipr Yunanıstanı dəstəkləməkdədir.

Yunan mətbuatı ABŞ və yunan donanmalarının təlimlərdən ilkin fotoları “Ankaraya mesaj” başlıqları ilə paylaşıb. İngiltərə mətbuatında isə digər regional qüvvələri də özünə cəlb edən böhranda silahlı toqquşma ehtimalının artdığını yazıb.

Türkiyənin Yunanıstanın Şərqi Aralıq dənizindəki təlimlərinə cavab olaraq təlimlərə başlaması və prezident R.T.Ərdoğanın açıqlamaları yunan mətbuatının əsas xəbərlərinə çevrilib.

Prezident Ərdoğan demişdi: “Yunanıstanın bölgədə belə bir NAVTEX elan eləmək hüququ yoxdur…

Türkiyə nə Oruç Rəsi gəmimizin, nə də onu müşayiət edən donanma ordumuzun fəaliyyətindən ən kiçik addım belə geri atmayacaqdır. Tamamilə tərsinə, bu bölgədə haqqını və hüququnu qorumaq məsələsində daha da qətiyyətli olacaqdır. NAVTEX elan elədiyimiz bölgədə qarşımıza çıxacaq olanlar bundan sonrasını düşünəcək və nəticəsini görəcəklər”.



Ana səhifəyə qayıt        Baxış: 3 278          Tarix: 25-08-2020, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma