Xəbər lenti


Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barədə həbs qətimkan tədbiri dəyişdirilib.
“Report” xəbər verir ki, T.Yaqublu ev dustaqlığına buraxılıb.

16:00
Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı ilkin baxış iclası keçirilir.
“Report” xəbər verir ki, iclasa hakim Elmar Rəhimov sədrlik edir.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.
O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından “City Hospital”a köçürülüb.



Ana səhifəyə qayıt        Baxış: 3 130          Tarix: 18-09-2020, 16:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma