Xəbər lenti
 

“Bu, Şuşa zəfəri və ya Laçın dəhlizinin nəzarətə götürülməsi ola bilər”

“Azərbaycan və Ermənistan beynəlxalq hüquqa uyğun savaşmaq barədə razılığa gəliblər. Cenevrə görüşünün əsas nəticəsi budur”. Hurriyyet.org xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, belə görünür ki, biz strateji xarakterli qələbə əldə etmədən dayanmaq istəmirik: 

“Bu, Şuşa zəfəri və ya Laçın dəhlizinin nəzarətə götürülməsi ola bilər. İşğalçı isə onun onurğasını qıracaq və müharibəni faktiki olaraq bitirəcək bu tip məğlubiyyətə yol verməməyə, savaşın mövqe döyüşləri xarakteri alaraq uzanmasına çalışır. 

Məhz belə olan halda, o, masaya məğlub tərəf kimi deyil, nisbətən bərabər səviyyəli tərəf kimi otura biləcəyini hesablayır”.




Ana səhifəyə qayıt        Baxış: 1 639          Tarix: 31-10-2020, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma