Xəbər lenti


Neçə illik diplomatik qarşıdurmadan sonra, Türkiyə münasibətləri normallaşdırmaq barədə İsrailə təklif irəli sürüb. Təklif mahiyyət etibarilə, Kiprin neft və qazla zəngin dəniz dibinin iki yerə bölünməsini nəzərdə tutur.

Yaxın günlərdə sabiq türk admiral, hazırda isə Türkiyə prezidentinin etibarlı adamı Cihat Yaçinin İsrailin «Turkeyscope» akademik jurnalında məqalə dərc etdirəcəyi gözlənilir. Məqalədə Təl-Əvivə dəniz iqtisadi zonasının müəyyən edilməsi barədə Ankara ilə sazişin imzalanması təklif olunacaq («Israel Hayom»).

Nəşrin məluatına görə, bu, artıq Türkiyənin İsraillə münasibətləri normallaşdırmaq istiqamətində ikinci siqnalıdır. Dörd ay bundan əvvəl Türkiyə hakimiyyəti israilli həmkarlarına delimitasiyaya başlamaq barədə təklif göndərmişdi. Pandemiya səbəbilə proses dayanmışdı.

Ancaq İsrail gizli xarici kəşfiyyatının («Mossad») nümayəndələri və Türkiyə xüsusi xidmətləri arasında guya, danışıqların davam etdirildiyi istisna ounmur. Türkiyənin təklifinin mahiyyəti Türkiyə və İsrail arasında Kiprin hesabına dəniz iqtisadi zonalarının müəyyən olunmasından ibarətdir. Göründüyü kimi, yalnız Yunanıstana yönəlik Türkiyənin Liviya ilə bundan əvvəl imzaladığı saziş təkcə Afinanın yox, həm də Brüsselin, Qahirənin və Təl-Əvivin etirazına səbəb olub. Bu ideyanın da müəllifi keçmiş türkiyəli admiral olub.

İsrail variantında Cihat Yaçi dəniz iqtisadi zonalarının sərhədlənməsi yolu ilə Kiprin 8, 9, 11 və 12-ci bloklarını İsrailə verməyi təklif edir. Onların sonuncusunda ehtiyatı 100 milyard kubmetr təşkil edən «Afrodita» açıq qaz yatağı yerləşir. Onu 9 milyard dollar dəyərində qiymətləndirirlər.
Türk admiral həm də təklif edir ki, Kiprdən keçməklə, Yunanıstana qədər «EastMed» adlı bahalı qaz kəmərini tikmək əvəzinə, Avropaya qaz axını Türkiyə magistralına - daha praktik və ucuz kəmərə birləşdirilsin. Aydındır ki, söhbət Azərbaycandan gələn «Cənub qaz kəməri»ndən gedir - o, Türkiyə ərazisindən keçir.

İsrail hökumətinin nümayəndəsi anonimlik şərtilə «Israel Hayom» nəşrinə bildirib ki, hakimiyyət Türkiyə ilə münasibətlərin normallaşmasını alqışlayır, ancaq Kiprin hesabına münasibətlər barədə təklifə baxmır. «Kipr - İsrailin müttəfiqidir və bu ölkələr arasında dəniz sərhədləri Avroittifaq və BMT tərəfindən tanınıb» - yüksək çinli məmur bildirib.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 9-12-2020, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma