Türkiyə Azov dənizindəki problemin həllində Ukrayna və Rusiya arasında vasitəçilik edə bilər.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitinə getməmişdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığında Azov dənizində baş verən insident müzakirə edilib və o, problemin həllində Türkiyənin vasitəçiliyini təklif edib.
Türkiyə Prezidentinin sözlərinə görə, bu məsələ G20 sammitində də müzakirə ediləcək.
Xatırladaq ki, noyabrın 25-də səhər saatlarında Rusiya dəniz qüvvələrinə məxsus gəmilərin Kerç körfəzindən çıxan Ukrayna Hərbi Dəniz Qüvvələrinə aid gəmi qrupuna atəş açması tərəflər arasında ciddi qarşıdurmaya gətirib çıxarıb. Ukrayna beynəlxalq təşkilatları Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb. Rusiya isə Ukrayna hərbçilərinin Rusiya sərhədlərini pozduğunu iddia edir.
Paylaş: