Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Bultannews.com, İran 10.12.2020 Yerevanla Bakı arasında Qarabağda daiz imzalanmış sülh bəyannaməsi ətrafında söz-söhbət hələ də davam edir. Ermənistanda narazı kütlə anlaşmaya etiraz olaraq küçələrə axışır, baş nazir Nikol Paşinyanı istefaya çağırır. Ermənistanda kütləvi etirazların miqyası gündən-günə böyüyür. İctimaiyyət Dağlıq Qarabağda baş verənlərə görə məhz baş naziri günahlandırır. Azərbaycanla bəyannamənin imzalanmasından sonra Ermənistanın xarici işlər və müdafiə nazirləri, həmçinin bir sıra hərbi komandir vəzifədən kənarlaşdırılıb, razılaşmanın qəbul edilməsində iştirak etmiş siyasətçilər istefa edib. “Bultannews” xəbər verir ki, Bakıda isə vəziyyət tam əksidir. Əliyev qalib mövqeyindədir. Odur ki, ictimai rəyi o, stimullaşdırarır, hər kəsə meydan oxuyur. İlham Əliyev Qarabağda sülh sazişinin imzalandığı 10 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi haqda qərar da imzalayıb. Bir də var Türkiyə. O, Qarabağ döyüşlərində Azərbaycana birmənalı dəstək verib. Atəşkəs bəyannaməsinin imzalanmasında da Rusiya ilə birlikdə iştirak etmiş Ankara bu gün Yerevan və Bakıdakı səs-küydən uzaqda, Orta Asiyada öz məqsəd və planlarını həyata keçirmək haqda düşünür. Qarabağ sazişi bunun üçün Türkiyəyə yaxşı imkanlar yaradıb. Sülh bəyannamasində Türkiyənin rolunu təsdiqləyən mühüm məqam sazişin 9-cu maddəsidir. Həmin maddəyə əsasən, Türkiyə Naxçıvan dəhlizi vasitəsilə Orta Asiyaya çıxış əldə edəcək. 9-cu bənd Naxçıvanın Ermənistan ərazisindən çəkiləcək dəhlizlə Azərbaycanın əsas hissəsinə birləşdirilməsini nəzərdə tutur. Əvəzində Bakı Dağlıq Qarabağla Ermənistan arasında quru yolunun saxlanmasına zəmanət verib. Bu haqda növbəti məqaləmizdə danışacağıq. Reallıq budur ki, Naxçıvanı Azərbaycanın əsas hissəsilə birləşdirəcək Mehri dəhlizi açılacaq və buradan çəkiləcək quru və dəmir yolunun inşasında Türkiyə də iştirak edəcək. Ankara bunu tarixi fürsət kimi qiymətləndirir. Bu dəhliz Türkiyə ilə Azərbaycanın əsas hissəsi arasında ilk dəfə quru əlaqəsi yaradacaq. Bunun Ankara üçün bir çox üstünlüyü var. Məsələn, bu dəhlizin açılması ilə Türkiyə ilə Orta Asiya arasında birbaşa quru yolu yaranacaq. Türkiyə geosiyasi əhəmiyyət daşıyacaq bu dəhlizin açılmasını Orta Asiya respublikaları ilə iqtisadi, enerji, siyasi və geoiqtisadi əlaqələrdə yeni mərhələ sayır. İndi Türkiyə bu mühüm nailiyyətlə yeni regional və beynəlxalq təsir rıçaqları qazanacaq, önündə yeni üfiqlər açacaq. Bir sözlə, Qarabağla bağlı imzalanmış sülh bəyannaməsi Azərbaycan xalqı arasında Türkiyənin nüfuzunu daha da artırmaqla yanaş, Ankaranın siyasi, geosiyasi və iqtisadi məqsədlərlə Cənubi Qafqaza və Orta Asiyada möhkəmlənmək istəyini də reallaşdırır. Nəticədə Ankara öz geosiyasi çəkisini xeyli artıracaq. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar