Xəbər lenti


Nina Xruşşova
“Project Syndicate”, 07.01.2021
 
Yanvar 6-da Kapitolidəki qiyam, əlbəttə, Qış Sarayına hücumun bənzəri deyildi, bu dəqiqdir. Prezident Donald Tramp yaxınlıqdakı mitinqdə tərəfdarlarını Kapitoliyə yürüşə təşviq etdikdə, təhrik edilən kütlə seçilmiş prezident Co Baydenin təsdiqlənməsi üçün Konqresin ortaq iclasını dayandırmağa müvəffəq olub. Ancaq sonda millət vəkilləri vəzifələrini yerinə yetirə bilib və yanvarın 20-də Baydenin andiçmə mərasimi olacaq.

Qiyamçılar Leninin bolşevik silahlı, inqilabçı əsgərləri və dənizçiləri qədər intizamlı deyildilər. Onların əksəriyyəti ABŞ hökumətini devirmək və Trampı seçilməmiş bir diktator kimi təsbit etmək yox, Kapitolidə selfi çəkmək istəyən, orta yaşlı, kök, qırmızı papaqlı “həftəsonu döyüşçüləri” idi. Bir şərhçinin dediyi kimi, bu, “pivə qiyamı” idi.

Bununla belə, qiyamçıların hərəkətləri – acınacaqlı olsa da – Amerikanın öz imicinə və dünyadakı mövqeyinə inqilabi təsirlər göstərəcəkdir. Ölkənin tarixində ilk dəfə məğlub olan hazırkı prezident hakimiyyətdə qalmaq üçün tərəfdarlarını ABŞ konstitusiyasını pozmağa səsləyib.
Sağ mətbuat və respublikaçılar tərəfindən dəstəklənən Trampın 4 ildir demokratik dəyərlərə, qurumlara və normalara hörmətsizliyi tam olaraq hər zaman istədiyi nəticəni verib: tərəfdarlarının “elitlərə” qarşı qanunsuz, nihilist üsyanı.

Pəncərələri sındıran və Kapitol polisini sıxışdıran qiyamçılar Senat və Nümayəndələr Palatasının otaqlarını basaraq Konqres üzvlərini və işçilərini binanı boşaltmağa məcbur ediblər. Bir qadın atəşlə açılmaqla öldürülüb, ancaq nə qədər adamın yaralandığını və binaya nə qədər ziyan dəydiyini hələ bilmək qalır.

Trampın Leninlə, Napoleonla və hökumətə qarşı çevriliş edən hər kəslə ortaq bir cəhəti – qanunun aliliyinə və özündən əvvəlki siyasi xadimlərə hörmətsizlikdir. Lenin kimi, Tramp da hakimiyyət keçidi məqsədi daşıyan normalardan küsür və bununla da nümayəndəli hökumətləri dəstəkləyən kompromis mədəniyyətinə səbrsizlik göstərir. Üstəlik, onda, Lenin kimi, zəifləri idarə etmək bacarığı var.

Lenin, Napoleon, Mussolini və Franco ilə qarşılaşan rejimlər yalnız zəif deyildi, onların yaşamaq iradəsi yox idi. Tarixin ən məşhur qiyamçılarının üzünə, ümumiyyətlə, qapıları açırdılar.

Son həftələrdəki davranışlarına görə, Tramp da bu qənaətə gəlib. Onun düşüncəsinə görə, 4 illik şifahi hücumlarından sonra Amerikanın təmsiledici qurumlarında özünü müdafiə etmək istəyi yox olub. Əiks halda, Arizona, Miçiqan və Corciyadakı məmurlara təzyiqlə kifayət qədər səs “tapmaq” səylərini başqa necə izah etmək olar? Təkrarlanan rəsmi rədd cavabları Amerika Cümhuriyyətinin hələ yıxılmağa hazır olmadığına işarə olaraq görmək əvəzinə, Tramp son 4 ildə ABŞ-ın demokratik qurumlarını alt-üst etmək səyləri göstərib. İndiyə qədər heç bir nəticəsi ilə üzləşmədiyindən səylərini tam dağıtmaya yönəlib…

Nəhayət, Kapitoli Təpəsindəki kədərli tamaşa texaslı senator Ted Kruz, missurili Coş Houli və respublikaçıların dörddə üçü ilə həvəsləndirilib. Hamısı açıq şəkildə əyalətlərdə lazımi qaydada təsdiqlənmiş səslərə etiraz etmək niyyətlərini açıq şəkildə bildirib. “Seçki saxtakarlığı”na dair paranoyak sui-qəsd nəzəriyyələrini təsdiqləyərək, Trampa bayağı kütləni təhrik etmək üçün şərait yaradıblar.

Ancaq “fitnə qrupu” yeganə günahkar deyil. 4 ildir ki, Respublikaçı Senatda əksəriyyətin lideri Mitç MakKonnell və Respublikaçılar Partiyasının qalan üzvləri Trampın ABŞ prezidentliyini alçaldığına barmaqarası baxıblar. Keçən il Nümayəndələr Palatasında Trampın impiçment təklifi səsləndikdə, respublikaçı senatorlar ona bəraət veriblər. Bu gün, camaat Kapitoliyə yaxınlaşdıqda, MakKonnell məhz demokratların Amerika demokratiyasını məhv edən olduğu yalanını yaymağa davam edir. Menli senator Susan Kollins də illərdir Trampın davranışlarından “narahat olduğunu” dilə gətirib, ancaq Amerika qurumlarına qarşı müharibə apardığı üçün ona heç bir müqavimət göstərməyib.

Bu onurğasız siyasətçilər rüsvayçılıqla yaşayacaqlar, Trampın yalanlarını təkrarlayan “Fox News” jurnalistləri də (və yayımın sahibi Rupert Mördok). Eləcə də, dezinformasiya və yalana sosial media platformaları vermiş liderlər, xüsusilə “Facebook”-un icraçı direktoru Mark Zukerberq.
Amerika indi özünü Abraham Linkolnun dövründən bəri olmayan bir şeylə qarşılaşır: seçicilərin əhəmiyyətli bir hissəsi tərəfindən konstitusiya quruluşunun rədd edilməsi. Amerikanın düşmənləri 6 Yanvar hadisələrini sevinclə seyr edərkən, dünyadakı bir çox dostları və müttəfiqləri bunu kədərlə izlədilər.

Linkoln kimi, Bayden də mövcud ev problemi ilə qarşı-qarşıya qalmalı olacaq. Artıq bir şey dəqiqdir: Trampın qiyamı günahkarları məsuliyyətə cəlb etmədən “irəliləmək” barədə sakitləşdirici çıxışlarla bitməyəcək. Tramp, Respublikaçılar Partiyası üçün bu zərb-məsəl hakim olmalıdır: “Elnən gələn külnən gedər”.

Tərcümə: Strateq.az



Ana səhifəyə qayıt        Baxış: 3 042          Tarix: 9-01-2021, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma