Xəbər lenti

 

“5-ci kolon 25 ildir tam gücüylə fəaliyyətdədir, Moskva at oynadır”.

 Ovqat.com xəbər verir ki, bu sözlər tanınmış ictimai xadim və hüquqşunas Qurban Məmmədovun bu gün öz facebook səhifəsində paylaşdığı statusdandır.

Statusda AXC-Musavat hakimiyyətinin 25 il əvvəl yol verdiyi səhvlərdən bir neçəsini sadalayan Q. Məmmədov gələcək nəsilləri bundan dərs almağa çağırıb.

Bir sıra tarixi hadisələrə işıq tutduğunu nəzərə alıb statusu oxucularımızla paylaşırıq:

“Rəhmətlik Elçibəyin prezidentliyi zamanı 4 məsələdə mən israr etdim:

  1. Təcili yeni parlament seçkiləri keçirilsin. Hörmətli İsa Qəmbər başda olmaqla, artıq müəyyən vəzifələr tutmuş bir qrup əleyhinə çıxdı ki, "seçki keçirsək, vətəndaş müharibəsi düşər". (???).
  2. Hakimlər korpusu və istintaq orqanlarının rəhbərləri dəyişdirilsin. Buna da əməl edilmədi. Qismən dəyşiklik olsa da, bu kifayət etmədi.
  3. Arxivlər açılsın, DTK əməkdaşları ifşa edilsin, Moskvanın gizli təsir mexanizmləri sındırılsın. Buna da əməl edilmədi, yenə də "vətəndaş müharibəsi" bəhanə gətirildi.
  4. Kəlbəcərin işğalından sonra Azərbaycanı üzürsüz səbəblərdən tərk edən vətəndaşlarımız növbəti 25 ildə Azərbaycanda torpaq almaq və vəzifə tutmaq hüquqlarından məhrum edilsinlər. Bunu da "insan hüquqlarının pozulması" kimi dəyərləndirib qəbul etmədilər. Xüsusilə, rəhmətlik Elçibəy bunu qərbin başa düşə bilməyəcəyi ilə əsaslandırmağa çalışdı.

Nəticədə:

  1. 1993-cü il 4 iyun dövlət çevrilişinin nəticələri köhnə parlament tərəfindən qanuniləşdirildi.
  2. Köhnə hakimlər, polislər və prokurorluq korpusu Elçibəy hakimiyyətinin qərarlarını boykot etdilər. Eyni proses Etibar Məmmədovun AMİP-i ilə yox, Elçibəy komandasının əməkdaşlıq etdyi kommunistlər tərəfindən də, idarəçilik və iqtisadiyyat sahələrində baş verdi. Boykot və sobataj yolu tutdular.

Məsələn, Elçibəy hakimiyyəti tərəfindən bir çox köhnə işçilərin vəzifələrindən azad edilmələri barədə qərarları o hakimlər tərəfindən ləğv edildi, AXC-yə qarşı qanunsuzluqlar törətmiş polis, prokurorluq və məhkəmə orqanlarının əməkdaşları məsuliyyətə cəlb edilmədi, Ayaz Mütəllimov və Ə. Vəzirovun göstərişləri ilə həbs edilən mənim kimi yüzlərlə cəbhəçinin haqları bərpa edilmədi, onlara vurulmuş maddi və mənəvi ziyan ödənilmədi-adını "milli barışıq", "humanizm" qoydular.

  1. 5-ci kalon 25 ildir tam gücüylə fəaliyyətdədir. Moskva at oynadır.
  2. Biz müstəqillik uğrunda, torpaqlarımızın azadlığı uğrunda döyüşüb şəhid və qazi olarkən, xarici ölkələrdə harın həyat keçirənlər, sərvətlərini artırmaqla məşğul olanlar sonradan bu məmləkəti özəlləşdirdilər və bizləri cinayətkar, ünsür elan etdilər.

Nəticə bəlli.

Gələcək nəsillər və gənc siyasətçilər tərəfindən bunlar mütləq nəzərə alınmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 964          Tarix: 23-08-2017, 20:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma