Xəbər lenti

 

Sentyabrın 15-də Bakıdakı “Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.  
Ovqat.com-un “AzPolitika”ya istinadən məlumatına görə, Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in Daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. 
Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.

Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda MR Ali Məclisinin üzvüdür.

Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq. 
Mərasimdə Prezident İlham Əliyev və ailəsinin də iştirak edəcəyi ehtimal olunur. İstisna deyil ki, toy məhz bu səbəbdən Bakıda keçiriləcək.









Ana səhifəyə qayıt        Baxış: 1 648          Tarix: 31-08-2017, 23:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma