Xəbər lenti

 

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ovqat.com ARB TV-yə istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz yolunun Gövhərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qaradağ rayon sakini Vüsal İbrahimovun sükan arxasında olduğu Pikap tipli avtomobil İmişli sakini Tacir Məmmədovun idarə etdiyi ekskovatora çırpılıb.

Tacir Məmmədov: "Sürət 50-dir. Yolda getdiyim yerdə böyük sürətlə arxadan mənə dəydi. Özümü itirdim, amma düşüb kömək etdim. 2 dəqiqə sonra keçindi".

Qəza nəticəsində pikapın sürücüsü hadisə yerində dünyasını dəyişib.

------------------

08.10.2017

21:04

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.

Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.
Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
İmişlidə ağır qəza: Ölən var




Ana səhifəyə qayıt        Baxış: 488          Tarix: 9-10-2017, 20:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma