Xəbər lenti

 

"İndoneziya Azərbaycan ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır."

Ovqat.com Report-a istinadla xəbər verir ki, bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanda səfir olduğu müddətdə bir sıra səfərlər həyata keçirilib. Diplomat ölkələrin sənaye sahəsində əlaqələri inkişaf etdirmək üçün potensiala malik olduğunu qeyd edib.

Səfir görüş zamanı may ayında İndoneziyanın 35 iş adamından, o cümlədən iri dövlət müəssisələrinin nümayəndələrindən ibarət nümayəndə heyətininin Bakıya səfərə gələcəyini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 28-04-2017, 17:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma