Xəbər lenti

“Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub.

“Report”un xəbərinə görə, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçiriblər.

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib.

Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəlib. Qaçan şəxslər onlara da atəş açıb. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıb. Atəşlə qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb. Bundan sonra da onlardan ikisi – “Qoca” və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulublar.




Ana səhifəyə qayıt        Baxış: 521          Tarix: 3-11-2017, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma