Bu gün Azərbaycanın ən peşəkar informasiya agentliklərindən biri Azəri Press Agentliyinin (APA) 13 yaşı tamam olur.
2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən Azəri Press Agentliyi (APA) MMC həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb və fransız dillərində xəbər xidməti göstərir.
İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. 13 il ərzində ən çox istinadən edilən agentliklərdən birinə çevrilən APA Avropa Şurasında, "Ağ Ev"də, Rusiya XİN-də də rəsmi qeydiyyatdan keçib.
Ovqat.com saytı olaraq APA informasiya agentlində çalışan həmkarlarımızı təbrik edir, daha da böyük uğurlar, nailiyyətlər qazanmağını diləyirik.
Paylaş: