İrandan Azərbaycana narkotik gətirilməsinin növbəti dəfə qarşısı alınıb.
Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Afsharı Mahdı Mahmoudalıya məxsus cantaya gömrük baxışı keçirilib:
"Yoxlama zamanı çantadakı şəffaf selofan paketdən 48 ədəd və çantadakı şalvarın cibindən isə 1 ədəd olmaqla, gömrük nəzarətinə bəyan olunmayan ümumilikdə, 49 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M20" yazısı olan "Metadon" adlı həblər aşkar edilib.
Qeyd edək ki, Metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 49 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,98 qram təşkil edir".
Faktla bağlı araşdırma aparılır.
Paylaş: