“Bakıda sirk, zoopark, açıq havada olan parklar bərbad vəziyyətdədir”.
Bunu Milli Məclisinin Mədəniyyət komitəsinin dünənki iclasında deputat Elmira Axundova deyib.
Deputat xatırladıb ki, bir neçə vaxt bundan əvvəl də zooparkın yerinin dəyişdirilməsi ilə bağlı məsələ qaldırılmışdı. “Amma heç bir nəticə əldə edilmədi.
Bu ictimai iaşə obyektlərinin hazırki durumu heç bir parametrə sığmır. Həmçinin Bakı sirki kosmetoloji təmir edilsə də binada qonaqların yerləşdirilməsi və sair kimi işlərin həyata keçirilməsinə şərait yoxdur.
Bakı sirkinin hazırkı vəziyyəti Bakıya yaraşmır. Hesab edirəm ki, bununla bağlı Azərbaycanda kütləvi tamaşa yerləri ilə bağlı yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var”.
Komitə sədri Rafael Hüseynov da Elmira Axundovanın təklifini dəstəkləyib. //Modern.az
Paylaş: