Xəbər lenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı operativ monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, analizlərin nəticələrinə görə atmosfer havasında olan qaz qarışıqlarının sanitar norma həddini keçdiyi məlum olub.

Bu gün Bakı şəhərində qaz qarışıqlarının səpələnməsi üçün əlverişsiz olan hava şəraiti müşahidə edilib. Qoxu əsasən Xətai, Səbayıl, Nizami rayonlarının ərazilərində hiss olunub. Monitorinqin nəticələrinə görə havada qaz qarışıqları orta hesabla normadan 3 dəfə çox qeydə alınıb və pis qoxu ilə müşayiət edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 767          Tarix: 5-05-2018, 16:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma