Xəbər lenti

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar iyunun 11-dən 15-dək Fransanın Paris şəhərində keçiriləcək Beynəlxalq Müdafiə və Təhlükəsizlik Sərgisində – “EUROSATORY-2018”də nümayiş etdiriləcək.

Nazirlikdən  verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Fransada səfərdə olacaq.

Beş gün davam edəcək sərgidə ziyarətçilərə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 270 adda məmulat təqdim ediləcək. “EUROSATORY-2018” sərgisində dünyanın 63 ölkəsindən 1700-dən artıq şirkətin iştirakı gözlənilir.

Səfər zamanı nazir Yavər Camalovun hərbi-texniki əməkdaşlıq çərçivəsində görüşləri də nəzərdə tutulur. (Report)

 




Ana səhifəyə qayıt        Baxış: 641          Tarix: 7-06-2018, 14:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma