Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, R.Hüseynov 8 il müddətinə azadlqıdan məhrum edilib.
İttihama əsasən, Rufan Hüseynov 2014-2015-ci illərdə Suriyadakı qanunsuz silahlı birləşmələrdə keçirilən təlimlərdə iştirak edib. O, İŞİD tərkibində olan "Çeçen caamatı"na qoşulub və orada vuruşub. Bir müddət sonra isə Türkiyəyə qayıdıb. R.Hüseynov Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.
Təqsirləndirilən R.Hüseynov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. O, qanunsuz silahlı birləşmələrdə iştirakda təqsirli bilinir.
Paylaş: