Xəbər lenti

 

 Astara rayonunda pPay torpağında narkotik bitkilərdən ibarət bağ salan şəxs tutulub.

Bu barədə "Report"un Cənub bürosuna DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları becərən şəxs saxlanılıb. 

Belə ki, qəsəbə sakini 1984-cü il təvəllüdlü Elnur Məmmədova məxsus pay torpağına baxış keçirilən zaman böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-da araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 508          Tarix: 27-07-2018, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma