İTV-də həftənin beş günü səhər saatlarında yayımlanan “Yeni Gün” proqramı fəaliyyətini dayandırıb.
Bakupost” xəbər verir k, verilişin direktoru və aparıcısı TV-dən çıxarılıb.
Onun gedişindən sonra isə veriliş də bağlanıb. Lakin verilişin komandası hələ də dağıdılmayıb.
“Yeni Gün”ün yeni mövsümdən başqa formatda efirdə olacağı bildirilir.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl İTV-də yeni baş direktor seçimi olub. Balakişi Qasımovun TV-nin başına keçməsindən sonra şirkətdə ciddi kadr dəyişiklikləri aparılıb. Bir çox tanınmış simalar kanaldan ya göndərilib, ya da ayrılıb. Amma əsas dəyişikliklərin növbəti ay baş verəcəyi gözlənilir.
Belə ki, avqustun 1-dən əksər verilişlər tətilə çıxır. Yeni mövsüm başlayanda isə indi yayımlanan verilişlərin bir qisminin bağlanacağı, bəzilərini isə yeni kamandaya həvalə ediləcəyi gözlənilir. Odur ki, İTV əməkdaşlarının çoxu bu dəfə tətilə iş yerləriylə vidalaşıb gedəcəkləri bildirilir.
Paylaş: