Xəbər lenti

Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilsə də, qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyinin icazəsi ilə bir sıra təhsil müəssisələrində bu, ödənişli şəkildə həyata keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.

Onun sözlərinə görə, bu gün məktəbəhazırlıq qruplarının ödənişli olması məsələsi gündəmdə deyil: “Məktəbəhazırlıq qruplarında təhsilin ödənişli həyata keçirilməsi üçün Təhsil Nazirliyindən razılıq alınmalıdır”.

İ.Abdullayeva hazırda məktəblərdə yaradılan məktəbəhazırlıq qruplarının ödənişsiz əsaslarla fəaliyyət göstərdiyini, növbəti tədris ili üçün sənəd qəbulu elan edilən məktəbəhazırlıq qruplarının da ödənişsiz olacağını söyləyib.

 




Ana səhifəyə qayıt        Baxış: 763          Tarix: 15-08-2018, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma