Xəbər lenti

“Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib. Bunu qorumaq üçün də vacib addımlar atılıb”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda keçirilən konfransda deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanda mövcud olan ailə dəyərləri dünyada gedən proseslər fonunda öz gücünü qoruyub saxlaya bilir: “Böyük dövlətlər öz modellərini başqa xalqlara sirayət etdirmək istəyirlər. Vahid dinə doğru getmək üçün qloballaşma prosesi gedir. Böyük dövlətlər mədəniyyətlərin qarışmasında maraqlıdırlar”.

O əlavə edib ki, Azərbaycan Qərb mədəniyyətinin təsiri altındadır: “Qərb ölkələri öz mədəniyyətlərini süni şəkildə digər dövlətlərə aşılamaq istəyir. Bütün bunlar da bizim ölkənin milli dəyərlərin deformasiyaya uğramasına gətirib çıxara bilər. Ona görə də xalqımız özünün dəyərlərini qoruyub saxlamaq instiktini inkişaf etdirməlidir. Biz bununla əsas mənəvi dəyərlərimizdən olan müstəqilliyimizi qorumuş oluruq. Eyni zamanda, dini icmalar, din xadimləri və mətbuat orqanları bu istiqamətdə öz fəaliyyətlərini ortaya qoymalıdırlar”.

M.Qurbanlı vurğulayıb ki, mənəvi dəyərlərin qorunaraq sonrakı nəsillərə çatdırılmasında cəmiyyətin bütün üzvləri ilə yanaşı, dini icmalar da əhəmiyyətli rol oynayır/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 561          Tarix: 21-08-2018, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma