Xəbər lenti

 Nə qədər ki, Ermənistan hakimiyyətində qatı millətçilik və qonşu dövlətlərin torpaqlarına iddia siyasəti hökm sürəcək, cəbhə xəttində ermənilərin təxribatları müşahidə ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili ermənilərin cəbhədəki son təxribatlarının arxasındakı məqsədlərdən söz açıb:

“Bu, bir tərəfdən Azərbaycanı Ermənistanın işğalçılıq siyasəti ilə barışdırmaq cəhdidir. Digər tərəfdən isə Ermənistanın daxili siyasətinə, vətəndaşlarında bir güc olduqları təəssüratını yaratmağa hesablanmış bir addımdır. Ancaq Ermənistan dövlətçiliyi layihəsi iflasa uğradı. Bu gün Ermənistan arzuolunan tərəfdaş deyil və bu ölkəyə investisiya qoyulmur. Ona görə də hakimiyyətdə qalmaq üçün yeganə faktor ancaq Dağlıq Qarabağ məsələsini şişirtmək və cəbhədə daim gərginlik yaratmaqdır. Düzdür, bu, Ermənistana baha başa gəlir, ölkə büdcəsinin az qala 30-35 faizi müharibə probleminə xərclənir. Bununla belə, Ermənistan büdcəsi xarici donorların hesabına formalaşır. Ancaq Ermənistan hakmiyyətini cəmiyyətin problemləri deyil, məhz hakimiyyətdə qalmaq maraqlandırır. Bu, Ermənistanı uçuruma aparacaq. İrəvan unudur ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin edəcək. Əgər Ermənistan Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı konstruktiv mövqe tutmasa və gec-tez öz mövqeyini ortaya qoymasa, onda onları növbəti Aprel hadisələri gözləyir. Nəzərə alsaq ki, hazırda bunun üçün kifayət qədər əsaslar var. Azərbaycan hələ də problemin həlli üçün Ermənistana şans verir. Ermənistan Azərbaycana qarşı mənfur siyasətindən əl çəkməlidir”.




Ana səhifəyə qayıt        Baxış: 901          Tarix: 23-05-2017, 09:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma