Xəbər lenti

 

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Mərkəzi Nəzarət Təftiş Komitəsinin (MNTK) fəaliyyət göstərən yeganə üzvü, tanınmış araşdırmaçı yazar Sərxan Carçı partiyadan istefa verdiyini açıqlayıb.

İstefa qərarını özünün feysbuk səhifəsində paylaşan Sərxan Carçı İstefasının səbəblərini göstərib:

Dəyərli dostlar!

19 ildir özümə dost bildiyim, 7 ildən artıqdır rəsmi üzvü olduğum Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) ilə sağollaşıb, yollarımı ayırmaq qərarına gəldim. Amma qısa bir arayış verib çıxmaq istədim:

Dediyim kimi 7 ildən artıqdır rəsmən partiyanın üzvüyəm. Üzv olmağımdan cəmi bir neçə ay sonra partiya sədri Mirmahmud Mirəlioğlunun təyinatı ilə Gənclərlə İş Üzrə müşavir təyin olundum. Hesab edirəm ki, vəzifəmin öhdəsindən lazımınca gəldim. Belə ki, gənclər dəvət edib partiya qərargahında dəfələrlə fərqli mövzularda tədbir keçirdik. Gənc olaraq digər təşkilatlarda partiyanı layiqincə təmsil etdim.

Fərqli Beynəlxalq təşkilatların, ATƏT-İN, İngiltərə səfirliyinin və digər rəsmi qurumların günlərlə davam edən təlimlərində iştirak etdim. Partiyanın səsi oldum. ATƏT-İN tələb etdiyi şərtlərə cavab verməyinə rəğmən niyə KXCP-Nİ müxalifətlə görüşə dəvət etmədiklərinin izahatını tələb etdim. ATƏT-İN şöbə müdirinin konfrans zalına gələrək şəxsən məndən, sonra partiya qərargahına gələrək sədrdən üzr istəməsinə səbəb oldum.

Partiya rəhbərliyinin nümayəndəsi olaraq bir çox tədbirlərdə, o cümlədən Qazaxda keçirilən konfranslarda iştirak etdim.

Partiyanın dəstəklədiyi aksiyalara qatıldım. Dəfələrlə həbs olundum. Sutkalarla həbsdə yatdim və s.

Növbəti Qurultayda isə partiyadaslarımın təklifi və səsverməsi ilə Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü seçildim, bu günə qədər də üzvüyəm.

5 il partiya sədri, idarə heyyəti və bütün üzvlərlə eyni hədəfə doğru yürüdük. Amma MNTK-nın iclaslarından birindən sonra partiyadaxili müəyyən fikir ayrılıqları yaşadıq. MTNK üzvləri Ağsu şöbəsinin bir qərarını müzakirə edib, rəy bildirməli idi. Ağsu şöbəsinin məclisi partiya sədrinin təqdimatı ilə seçilmiş Ali Məclis üzvünü! və başqa bir neçə nəfəri partiya sıralarından xaric etmişdi. Bir xəbərdarlıq etmədən, töhmət verilmədən kimisə partiyadan uzaqlaşdırmağin nizamnaməyə zidd olduğunu bildirsəm də, MNTK şöbənin xeyrinə rəy verdi. Birinci dəfə bu biabırçı qərar idarə heyəti tərəfindən qəbul edilmədi. Ən pisi isə növbəti dəfə mənim iştirakım olmadan nəsə qərar qəbul edib, idarə heyətinə təqdim edildi, onlar da qəbul edib arxivə qoydular. Həmin gündən rəhbərliklə fikir ayrılığına düşdüm. Fikir ayrılığı yaranan ilk gündən Mirmahmud ağa ilə aramızda olan ( və həmişə olacaq) hörmət pozulmasın deyə partiyadan çıxmaq qərarına gəldim. Hətta özü ilə danışdim. Sədrin və bir çox üzvlərin partiyadan getməyimi istəmədiyini görüb, məsələnin düzələcəyinə umid edərək, fəaliyyətimi davam etdirmək qərarına gəldim. Amma rəhbərlik tərəfindən mübariz gənclərə qarşı qısqanclıq bitmədi ki, bitmədi. Əksinə get-gedə daha dərin böhran vəziyyətinə düşdü. İndən belə də, düzələcəyinə umid etmirəm.

Dediyim kimi, bu yazı vasitəsi ilə (partiya ilə bağlı) son sozlərimi də deyib, hər kəsə uğurlar arzulayaraq sağollaşıram…

Hörmətli Mirmahmud ağa!

Nə qədər ki, partiyada 5 hərflik adında 3 səhv buraxanlar var
Nə qədər ki, Hacılıqdan danışıb, qırmızı-qırmızı ağ yalan danışanlar var
Nə qədər ki, dayaq (özək) dəstəsinin nə demək olduğunu bilməyib, başqasına “ağıl” öyrədənlər var
Nə qədər ki, başını aşağı salıb, görəvini yerinə yetirmək əvəzinə özünü qaydasız döyüşçü kimi aparanlar var
Nə qədər ki, kişilik simvolu hesab etdiyimiz insanların ətrafında baş verən haqsızlıqlara, yalanlara səs çıxartmamağı var
Nə qədər ki, gənclər irad bildirən kimi onları ağır ifadə ilə təhqir edənlər var
Nə qədər ki, təhqir edənlər barədə tədbir görülmür deyə həvəslənib hətta adamı döymək istəyənlər var
Nə qədər ki, bütün bunlara qarşı movqesiz olan üzvlər var
Və nə qədər ki, siz siyasətinizdə bu adamlara guvənəcəksiniz, bütün bu faktlar sizin və partiyanın nüfuzunun ziyanına işləyəcək.

Hə, deyə bilərsiniz ki, “bütün bunları burdan niyə yazırsan, ərizəni yaz çıx”. Böyük təəssüf hissi ilə deyim ki, KXCP-DƏ yazılı ərizə, sənəd məsələsi formal şeydir. Ürəyi istəyən sədri və təşkilatı təhqir edərək partiyadan getdiyini bəyan edir, ürəyi də istəyəndə partiyanın iclaslarına qatılır, hətta siyasi ədəb qaydalarını pozaraq nəyisə diktə edir.

Partiyadan çıxmaq qərarımın möhürü isə sonuncu Ali Məclis iclasında (25.08.2019) baş verən məlum hadisə oldu.

Hər kəsə uğurlar….

Xatırladaq ki, KXCP -nin Mərkəzi Nəzarət Təftiş Komitəsində (MNTK) fəaliyyət göstərən yeganə şəxs Sərxan Carçı qalmışdır, o da istefa verdi.

Sərxan Carçı “Bir kəndin repressiyası” və “Cümhuriyyət Xilaskarları-Əmanət Məzarlar”Əmanət məzarlar” kitabının müəllifidir. \\Sozcu.az




Ana səhifəyə qayıt        Baxış: 203          Tarix: 29-08-2019, 00:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma