Xəbər lenti

 Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi əlavə müsabiqənin nəticələrinə əsasən daha 1298 tələbənin ödənişsiz təhsil almaq hüququ əldə etdiyini açıqlayıb.
"Yeni Sabah" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Bilirsiz ki, 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı 20 min 500-ə qədər artırılması planlaşdırılmışdı. Amma bu il yeni sistemlə qəbul həyata keçirildiyi üçün bir çox abituriyent ixtisas seçimi zamanı yüksək balla ödənişli əsaslı qəbul olmuşdu. Yəni müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalmışdı. DİM əslində topladığı bala görə ödənişsiz oxumaq hüququ əldə edə bilən, amma ödənişliyə qəbul olan müsabiqənin 1298 tələbəyə ödənişsiz təhsil almaq hüququ verib.
"Yeni Sabah" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, pulsuz təhsil alan tələbələrin sayı gələn il 50 faizə çatacaq:
"Ödənişli qəbul olan 1298 tələbə bundan sonra dövlət sifarişli, pulsuz təhsil alacaq və ödədiyi ödənişi geri alacaq.
Ölkə prezidentinin qərarı ilə 2013-cü ildə təhsilin inkişafı ilə bağlı strateji sənəd hazırlanıb. Əsas istiqamət təhsilin əhatə dairəsinin genişlənməsi idi. Amma baha təhsil haqları ilə əlçatımlılığın təminatı mümkünsüz idi. Prezidentin fevralın 14-də imzaladığı sərəncama görə 2019-2020-ci il qəbul ilində rəqəm 31 faizdən 45 faizə çatdırıldı. Yəni keçən il 12 min tələbə pulsuz təhsil alırdısa, bu il 21 min, 45 faiz olacaq. Gələn il 50 faizə çatacaq".




Ana səhifəyə qayıt        Baxış: 323          Tarix: 30-09-2019, 13:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma