Xəbər lenti
Bu gün, 19:25

 

Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi qəza törədib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 16-10-2019, 14:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma