Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kollegiyasının “Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu” və “Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi” üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə 2013-cü il 15 aprel tarixli qərarı ləğv edilib.
Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hicran Hüseynova qərar imzalayıb.
Qərarın icrasına nəzarət Komitənin sədr müavini Sədaqət Qəhrəmanovaya tapşırılıb.
Qərar dekabrın 28-dən qüvvəyə minib.
Prezident bu ilin iyulunda imzaladığı fərmana əsasən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 8.13-cü, 8.14-cü, 8.14-1-ci və 9.8-ci bəndləri ləğv edilib.
Qeyd edək ki, Əsasnamənin 8.13 bəndi Komitənin valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu aparmaq istiqamətində vəzifələrini müəyyənləşdirirdi.
Həmçinin Azərbaycan vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmağı nəzərdə tuturdu.
Sənədin 8.14-cü bəndində göstərilirdi ki, Komitə Nazirlər Kabinetinə məlumat verməklə, Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirməlidir.
8.14.1-ci bəndində isə qeyd olunurdu ki, Komitə ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş ölkə vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri haqda Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
9.8-ci bənd isə Komitə qarşısında belə hüquq qoyurdu ki, Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyən etsin. \\Demokrat
Paylaş: