Gözəl ziyalı, şair, Milli-azadlıq hərəkatının tanınmış simalarından olan, 1992-93-cü illərdə, Elçibəy hakimiyyəti dövründə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Qarabağ qazisi Rafiq Həsən vaxtsız vəfat edib. Ömrünün son illərini Almaniyada siyasi mühacir həyatı yaşayan Rafiq Həsən qürbətdə Vətən həsrəti ilə yaşayaraq qəriblik dərdini şeirlərlərində əks etdirməklə təsəlli tapıb. Onun haqqında indiyədək istər rayon sakinləri , istərsə də milli- azadlıq mübarizəsinin iştirakçıları, onu yaxından tanıyanlar hörmətlə söz açaraq Rafiqi cəsur, nəfsi tox, vətəni canından çox sevən dəyərli bir insan kimi xarakterizə edir, ölümündən üzüldüklərini dilə gətirirlər. Dostlarının yazdığına görə Rafiq Həsən xəstə deyilmiş və qəfil vəfat edib. Allah rəhmət eləsin!
Paylaş: