Xəbər lenti
Bu gün, 15:52

 

Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik  hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmağı tövsiyə edir. Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və qarşı tərəfə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir. \\APA




Ana səhifəyə qayıt        Baxış: 199          Tarix: 4-01-2020, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma