Xəbər lenti

 

Yevlax Şəhər Təhsil Şöbəsi Yevlaxdakı 1 saylı orta məktəbin qazanxanasında baş vermiş partlayışla bağlı məlumat yayıb.

Yanvarın 9-da gecə saat 3-4 radələrində şəhər 1 saylı tam orta məktəbin qazanxanasında partlayış baş verib və yanğın olub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə nəticəsində məktəbin gözətçisi Ramiz Quliyev yanıq xəsarəti ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərinə - 5 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Xəstənin vəziyyəti kafidir. Baş verən hadisə zamanı digər xəsarət alan olmayıb. /APA




Ana səhifəyə qayıt        Baxış: 662          Tarix: 9-01-2020, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma