Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
17 yanvar 2020-ci il tarixində Bakının Xətai rayonundakı M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş "Qanlı yanvar" adlı tədbir keçirilib.
Ovqat.com-un məlumatına görə, tədbirdən əvvəl məktəbin direktoru Cavid Əliyev məktəbin adını daşıyan şəhid Mübariz Nəcəfovun abidəsi önünə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirib. Daha sonra məktəb rəhbərliyinin, müəllim və şagird kolektivinin iştirak etdiyi tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.6 “A” sinif şagirdlərinin hazırladıqları “20 Yanvar faciəsi”nin ildönümünə həsr edilmiş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib. Tədbirdə şagirdlərin ifasında hüzn gününə həsr edilmiş şeirlər və mahnılar səsləndirilib.

Tədbirin aparıcısı 11-ci sinif şagirdi Murad Dadaşzadə qeyd edib ki, 1990–cı ilin Qanlı Yanvar hadisələrinə qısa bir nəzər salsaq, tariximizə əbədi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mərkəz Bakıya və rayonlarımızın bəzilərinə keçmiş Sovet İttifaqının qoşun hissələri yeridilərək, əliyalın dinc əhali qətlə yetirildi, yüzlərlə insan yaralandı və itkin düşdü. O müdhiş gecədə sanki xalqımızın iradəsi, Vətənə sevgisi sınandı. Sovet imperiyasının azğınlaşmış ordusu qarşısına silahsız, lakin ürəyi vətən sevgisi ilə döyünən oğullarımız canlarından, qanlarından keçərək müasir tariximizin qəhrəmanlıq zirvəsini fəth edərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycanın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan bu hadisəyə də elə ilk qiyməti müstəqil Azərbaycan dövlətinin qurucusu, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev vermişdir və dünyanın diqqətini Azərbaycan həqiqətlərinə, başımıza gətirilən faciələrə yönəltmiş, xalqın haqq səsini dünyaya çatdırmışdır. Hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar məktəbimizdə, tədbirlər, foto-albomlar, divar qəzetləri və sərgilər təşkil olunur. Bu tədbirlərin keçirilməsində məqsəd yetişməkdə olan yeni nəslə tariximizin qan yaddaşının yaddan çıxmamasını, torpağa, vətənə məhəbbət hissini oyatmaq və onlarda vətənpərvərlik ruhunun daha yüksək olmasını aşılamaqdır.
Tədbirin sonunda məktəbin direktoru Cavid Əliyev çıxışında hadisənin tarixi yoluna nəzər salaraq insanların etdiyi şücaətdən danışıb, 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəyini, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət günü kimi qeyd edilməli olduğunu vurğulayıb.
Daha sonra iştirakçı şagirdlər “Azərbaycan xalqı başa düşür ki, azadlığın yeganə yolu müstəqil dövlətçiliyin bərpa edilməsi ilə bağlıdır” fikirini səsləndiriblər.
Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunacaqdır. 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq!
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulub. Nəticədə yüzlərlə insan qətlə yetirildiyi,yaralandığı və itkin düşdüyü qırğın Qara Yanvar, bəzən də, Qanlı Yanvar və ya 20 yanvar faciəsi kimi qeyd olunaraq Şəhidlərin xatirəsi yad edilir.
İmanquliyeva Mətanət
Ovqat.com
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar