Xəbər lenti

2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barel olub.

Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, bunun 678 min barelini xam neft, 91 min barelini kondensat təşkil edib.

Məlumata görə, gündəlik 540 min barel xam neft, 87 min barel kondensat, 22,3 min barel neft məhsulları ixrac edilib.

Energetika Nazirliyi yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 11-02-2020, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma