Xəbər lenti

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Əliyaqublu kəndi ərazisində Çaparlı kənd sakini Elməddin Aslanovun və Beyləqan rayon sakini Ş.Ağalarovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Aslanov və həmkəndlisi olan sərnişini Orxan Qarayev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 199          Tarix: 17-02-2020, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma