Xəbər lenti

 

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş Şöbəsinə müdir təyin edib.


Abdin Fərzəliyevin müvafiq əmri ilə Sadıqov Yusif Sadıq oğlu bu şöbənin müdiri təyin olunub.


Qeyd edək ki, bu vəzifəni 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlu yerinə yetirib. O, 2019-cu ilin dekabrında ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı şəkildə qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.


Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib. Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib. \\Unikal.org




Ana səhifəyə qayıt        Baxış: 348          Tarix: 18-02-2020, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma