Xəbər lenti

 

Bu gün Nizami Kino Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı baş tutub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilən film Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edilib.

Tədbirdə Xocalı soyqırımında vəfat edən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Gecədə çıxış edən kino xadimi Cəmil Quliyev Təbriz Xəlilbəylidən danışıb:

"Sənət hər zaman xalqın tarixi yaddaşını özündə əks etdirməlidir. Bizim xalqın çox zəngin tarixi var. "Salnaməfilm" studiyası mütəmadi olaraq Qarabağ müharibəsində canlarını qoymuş vətənpərvər igidləri haqqında filmlər çəkir.

Bu gün film Xəlil Rza Ulutürkün yadigarı olan Təbriz Xəlilbəyliyə həsr edilib.
Onu şəxsən tanıyırdım. Qarabağ hadislərinin ilk günündə cəbhəyə getdi və qəhrəmanlıq göstərdi. Filmdə Təbrizin həyatı və cəsurluğu ilə bağlı yeni məqamlar var".

Gecədə mərhumun anası, Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilova deyib ki, bu gün onun üçün fərəhli gündür: "Təbriz özünə ad qazandı. Vətəni və xalqın uğrunda həlak elədi. Bütün xalqımız ondan nümunə götürsün. Bunun üçün mən Təbrizə minnətdaram. Kiçik yaşlarından mübarizəni sevirdi.
Təbrizin dünyadan getməsi nəinki valideynlərinə hətta bütün xalqa nümunə oldu. Bu gün Təbrizin anım günüdür, hesab edirəm ki, bizim yanımızdadır".

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə isə Xocalı soyqırımında yaşanan dəhşətli hadisələrdən danışaraq kövrəlib və filmdə əməyi keçən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə millət vəkili Qənirə Paşayeva və bir çox mədəniyyət işçiləri iştirak ediblər. \\Teleqraf

         




Ana səhifəyə qayıt        Baxış: 1 192          Tarix: 26-02-2020, 21:48      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent