Xəbər lenti

 

Bu gün bütün Qafqazin şeyxi, QMİ sədri hacı Allahşükür Paşazadə din daximləri ilə görüşüb və bir sıra tövsiyələrini dilə gətirib.

Şeyxülislam ölkədə ehsan məclislərinin verilməməsini, insanların çox toplaşdığı yerlərdə, xüsusən məscid və kilsələrdə gigiyenik qaydalara ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.

“Mən sizi bura ona görə topladım ki, biz məsləhətləşək. Bunu mənə dövlət tapşırmayıb. Mənə dedilər ki, siz özünüz caamata ağsaqqallıq edirsiniz, dövlət bu məsələlərdə dinin işinə qarışmır.Biz hamımız bir gəminin sərnişinləriyik, məscidlərdə olduğu kimi kilsələrdə də insanlar toplanır və təhlükə hər yerdə ola bilər. Bizim borcumuz insanların səhhətini qorumaqdır.Mən “məscidlər bağlansın” demirəm, sadəcə tədbir almaq lazımdır. Elə eləməliyik ki, İranda baş verənlər bizim ölkəmizdə olmasın.Bəzi dindarlar deyir “mən gedin İmam Rza əleyhissalamın məzarı başında dua edərəm, məzarın məhəccərlərini yalayaram, bir şey olmaz”. İman gözəldir amma imam mikrob öldürmür.

“Duanı oxudum mənə heç nə olmaz” demək olmaz.Həkimdən yardım almaq lazımdır. Dualar ruhumuzu təmizləyir, bədənimizi səhiyyə sağaldır.

Ehsanların verilməsi tövsiyə edilmir.30-dan çox insanın bir yerə toplanması virusun yayılamsı üçün şərait yaradar .Heç məscidə gəlməyin demirəm, amma imkan varsa namazı evdə qılın. Məsələn, baş nazirimiz də tədbir olaraq ailəsindəki toy şənliyini təxirə saldı, amma yası təxirə salmaq olmur. Yas tədbirlərini elə qurmaq lazımdır ki, hər şey normal olsun. Rayonlarda dezinfeksiya idarələrinə zəng etmək , məscidləri , yuyat yerlərini dizenfeksiya etdirmək lazımdır”. \\ Bizimyol.info




Ana səhifəyə qayıt        Baxış: 1 534          Tarix: 5-03-2020, 20:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma