Xəbər lenti


"Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub".
"Report" xəbər verir ki,bunu Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilmiş fövqəladə zirvə görüşündə bildirib.
"Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və yaxud təqribən 1,5 milyard ABŞ dolları vəsait ayrılıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib.
Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar, ümumilikdə, 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.
İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb.
Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və yaxud təqribən 300 milyon ABŞ dollar kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və yaxud təqribən 30 milyon dollar vəsait ayrılıb.
Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır", - deyə o, qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 2 123          Tarix: 10-04-2020, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma