Xəbər lenti
Rusiya sülhməramlıları Kəlbəcərə göndərilən 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükü müşayiət edib.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sosial obyektlərin və yaşayış binalarının enerji, su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi “KamAZ”dan ibarət 185 ton yükün (generator stansiyaları, elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları) Kəlbəcər bölgəsinə çatdırılması rus sülhməramlıları tərəfindən təmin edilib.

Ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib", - məlumatda vurğulanıb.



Ana səhifəyə qayıt        Baxış: 2 836          Tarix: 16-02-2021, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma