Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Azərbaycan-Ermənistan sərhəddinin Qazax istiqamətində aparılan demarkasiya prosesi ermənilər arasında ciddi təşvişə səbəb olub. Məlumata görə, artıq Qazaxın 7 kəndinin geri qaytarılma prosesi başlayıb. Ermənistan mediası yazır ki, Azərbaycan hərbçiləri Tavuş rayonu istiqamətində qoşun toplayıb.
Missiya.Az xəbər verir ki, media Ermənistanın dövlət sərhəddinin və təhlükəsizliyinin təhdid altında olduğunu yazır.
Erməni analitik Ani Sahakyan “hayeli.am” saytında dərc etdiyi məqalədə, nə müdafiə nazirliyinin, nə də hökumət rəsmilərinin Azərbaycan-Ermənistan sərhəddində nələrin baş vediyi barədə heç bir məlumat vermədiyini yazıb.
Sitat: “Noyabrın 9-da imza atdığımız biabırçı təslim sənədinin ilk mətnində bildirilirdi ki, erməni qüvvələr 1991-1994-cü illərdə müharibə nəticəsində nəzarət altına aldıqları Qazaxın 7 kəndindən çıxmalıdır. Daha sonra rəsmi xəbər yayıldı ki, bəyanatda belə bir cümlə yoxdur. Amma Prezident İlham Əliyev Qazaxın 7 kəndinin Azərbaycana qaytarılacağını elan etdi. Biz son günlər həmin bölgədə hər hansı hadisələrin baş verdiyinin şahidi oluruq. Sünik bölgəsində olduğu kimi, Tavuşda da sərhədlərin yenidən təyin edilməsi prosesi başlayıb. Amma Ermənistan hökuməti bu barədə rəsmi məlumat yaymır”, - sitatın sonu.
Ani Sahakyan Rusiyanın bir qrup hərbçisinin sərhəddə gəldiyini və hökumətin Azərbaycanla yeni gizli sövdələşməyə gedə biləcəyindən yazıb.
Sitat: “Axı, Rusiya niyə Tavuş istiqamətində bir qrup həbçi yerləşdirib? Yeni təhlükə var? Rusiya hərbçilərinin orda hansı xitməti göstərəcəkləri məlum deyil. Bu vəziyyət qısamüddətlidir yoxsa uzunmüddətli? Hökumətin Azərbaycanla yenidən gizli sövdələşməsinin olması qorxusu var. Bu prosesdə Ermənistan vətəndaşlarına hansı qiyməti veriləcəyi məlum deyil”, - sitatın sonu.
Məlumata görə, Azərbaycanla sərhəddə gələn rus hərbçilərin sayı 500 nəfərdir.
Qeyd edək ki, son bir neçə gündə Ermənistana məxsus Teleqram kanallarında Azərbaycanın işğal altında olan 7 kəndinin geri qaytarılma prosesinin başladığını yazırlar.
Ermənistan hökuməti xəbərləri rəsmi şəkildə təsdiqləməsə də, erməni siyasətçilər Tavuş rayonu istiqamətində sərhədlərin demarkasiya prosesinin başladığını bildirirlər. Məsələn, erməni türkoloq Varuzhan Geghamyan Tavuş ziyarətindən sonra bunları yazıb.
Sitat: “Bu gün Tavuşda idik. Bir neçə icmaya baş çəkdik. Buradakı vəziyyət birmənalı deyil. Mənə aydındır ki, yerli əhali üçün və ümumiyyətlə hələ başa düşülməyən bəzi proseslər gedir. Bu, özlüyündə böyük bir problemdir. Bu məğlubiyyət təbliğatı davam edərsə, təkcə Sünikin itkisi deyil, həm də Tavuşun da zaman məsələsidir", -sitatın sonu.
Tavuş istiqamətində vəziyyətin gərgin olduğu barədə xəbəri yayanlardan biri də Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan olub.
O, özünün Facebook səhifəsində Azərbaycan hərbçilərinin Azatamut kəndi ətrafında ölçmə işləri apardıqlarını yazıb.
Məlumata görə, ərazidə sərhəd xətti çəkən Azərbaycan əsgərləri Tavuşun Bərxudarlı kəndinin (işğal edilmiş kəndlərdən biri) yaxınlığında, Azatamut kəndinin sakinlərinə deyiblər ki, evlərini və anbarlarını çayın o biri tərəfinə köçürməlidirlər. Çayın bir tərəfi Azərbaycanın nəzarəti altına keçəcək.
Xatırladaq ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyasına start verilib. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Çünki alternativ yol yoxdur. Hazırda təhlükəsizliyə Rusiya sülhməramlıları cavabdehdir. Ermənistan hökuməti 3 il ərzində yerli əhali üçün alternativ yol çəkməlidir. Ondan sonra yol tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarətinə veriləcək.
Həmçinin Sovet dövründə çəkilən Ermənistan-Azərbaycan sərhəddinə əsasən, ermənilərin qanunsuz olaraq Zəngəzur vilayətinin Gorus şəhəri ərazisinə daxil etdikləri Qubadlının Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi, Gorus-Qafan yolunun 4 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə verilib. Sərhəd xəttinin müəyyənləşdirilməsi GPS və Sovet dövründə hazırlanan xəritələr əsasında həyata keçirilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar