Xəbər lenti
 
 
 Cəlilabad rayon Muğan kənd sakini, ikinci qrup Qarabağ əlili Qürbətov Bəxtiyar Verxuda oğlu Muğan bələdiyyəsinin keçmiş sədri Rasif Həsənovdan Baş Prokuror Kamran Əliyevə şikayət edib.
 
Ovqat.com şikayət məktubunu olduğu kimi dərc edir:
 
Hörmətli cənab Baş prokuror!

Mən Qarabağ əlili olaraq ailəmi dolandırmaq üçün Muğan kənd bələdiyyəsinin keçmiş sədri Aygün Məlikovaya müraciət edərək qanuni şəkildə mənə taxıl əkmək üçün icarəyə torpaq verməsini xahiş etdim. Aygün xanım keçmiş, korrupsioner Muğan kənd bələdiyyəsi sədri Rasif Həsənovdan fərqli olaraq mənim Qarabağ əlili olduğumu nəzərə alıb 10 hektar torpaq sahəsini bir illik icarə müqaviləsi ilə mənə verdi. Həmin yer isə keçmiş bələdiyyə sədri Rasif Həsənovun illərdir sənədsiz zəbt edib əkdiyi torpaq sahəsi idi. Təbii ki, mən də 10 hektar torpaq sahəsinin dövlət rüsumunu ödədim və sənədini aldım. İndi mən həmin torpaq sahəsində arpa əkmişəm. R.Həsənov isə hələ də çalışır ki, torpağı əlimdən alsın. 
 
Onun qayınatası Ə.Şahbazov iddia edirdi ki, guya bu torpaq ona məxsusdur. Hansı ki, Ə.Şahbazovun 75 hektar torpaq sahəsi var və illərdir o yerləri əkib becərir, bələdiyyə tərəfindən bildirilir ki, həmin torpaq sahələrinin illərdir ki, icarə müqaviləsi də bitib. Amma mənə deyirdi ki, “sən torpaq sahənə gəlsən, orda qan düşəcək”. Axı bu torpaq uğrunda Ə.Şahbazov yox, mən qanımı tökmüşəm. Bu adamlar əkdikləri torpağa görə dövlətə bir manat da olsun vergi ödəmirlər. 
 
Hələ bu azmış kimi Ə.Şahbazovun və R.Həsənovun göstərişi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsinin mütəxəssisi Nizami Tağıyev tərəfindən mənə 500 manat cərimə yazılıb. Bir sözlə, qanımı tökdüyüm torpaq uğrunda indi cərimə olunuram
 
Məsələylə bağlı idarədə də oldum. Nizami Tağıyev etiraf etdi ki, o, bu cəriməni birbaşa Rasif Həsənovun göstərişi ilə yazıb
 
Hörmətli cənab Baş prokuror! Mən torpağımın icarə müqaviləsinin qanuni şəkildə 15 il müddətinə artırılması ilə bağlı Muğan bələdiyyəsinin sədri Əzizxan Ağayevə məktubla müraciət etdim. Lakin Əzizxan Ağayev cavab məktubunda torpağı mənə vermək istəmədiyini bildirir. Məktubda yerimin qanunsuz olduğunu və bir illik icarə sənədimin ləğv edildiyini bildirir. Bəs əgər qanunsuz idisə, niyə illərdir o yeri Rasif Həsənov əkib becərirdi və niyə dövlətə bir manat da olsun vergi ödəmirdi? 
 
Ə.Ağayevin bir bələdiyyə sədri kimi heç bir sənəd işindən anlayışı yoxdur. Bütün bunları edən R.Həsənov və onun qeyri-qanuni yolla yer quruluşçusu təyin etdiyi Abbasov Asif Qüdrət oğludur. Bu iki adamın əvvəl gündən mənimlə qəsdi-qərəzlikləri var. Elə mənə cavab məktubunu da sədrin adından onlar hazırlayıb. Çünki bir neçə gün öncə Rasif Həsənovla bələdiyyə binasında mübahisəmiz oldu və o, mənə dedi ki, o yeri mən əkirdim, niyə sənə verdilər? 
 
Hörmətli cənab Baş prokuror! Muğan bələdiyyəsində əməlli başlı hərc-mərclikdir. Bütün bu işlərin başında isə hazırda bələdiyyədə mühasib işləyən keçmiş bələdiyyə sədri Rasif Həsənov durur. R.Həsənov bu dəfə Əzizxan Ağayevi vəzifədən uzaqlaşdıraraq yerinə öz oğlu, Maşlıq kəndində tarix müəllimi işləyən Vasif Həsənovu təyin etdirdi. Bir sözlə, Muğan bələdiyyəsi “oğru” qanunları ilə idarə olunur. Təsəvvür edin ki, 6 ayın içində Muğan bələdiyyəsində üç sədr dəyişib. Bu işdə Cəlilabad Bələdiyyələrlə Əlaqələndirmə Şuarsının sədri Baxış Mustafayevin də günahı var. Bu adamın artıq səksəndən çox yaşı var. Amma bələdiyyə yaranan gündən bu adam şurada sədr işləyir. Bu saxtakarları vəzifəyə təyin edən də elə odur. 


 
Problemimlə bağlı Baxış Mustafayevin də qəbulunda oldum, amma heç bir faydası olmadı. İndi isə mən sizə qanunsuz əkin əkdiyimi dedikləri yerdə əkin aparan digər sakinlərin siyahısını və zəbt etdikləri torpaq sahələrini təqdim edirəm. Aşağıda adları göstərilən vətəndaşlar isə heç bir sənəd və icarə hüququ olmadan Muğan bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahələrini şumlayaraq əkin işləri aparırlar. 
 
1. Əliyev Vahid Almaz oğlu-Uzuntəpə kənd sakini-100 hektar. 
 
2. Nəsirov Atay Məmməd oğlu-Maşlıq kənd sakini-1.0 hektar. 
 
3. Adıgözəlov Həsən Fikrət oğlu-Maşlıq kənd sakini-2 hektar. 
 
4. Abbasov Yəhya İzzət oğlu-Maşlıq kənd sakini-8 hektar. 
 
5. Hüseynov Tahir Səfər oğlu-Maşlıq kənd sakini-6 hektar. 
 
6. Nəsirov İsrafil Məmməd oğlu-Maşlıq kənd sakini-10 hektar. 
 
Bütün bu torpaq sahələri isə həmin şəxslərə Rasif Həsənov tərəfindən verilib. Bundan başqa həmçinin Rasif Həsənov öz qayınatası, qayınları və yeznəsinə torpaq sahələri verib. Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Şahbazov Əşrəf Abbas oğlu, (Ş.Əşrəfov R.Həsənovun qayınatasıdır) Həsənov Allahverdi Xosu oğlu, Şahbazov Fərayıl Əşrəf oğlu, Şahbazov İntizam Əşrəf oğlu, Babayev Əyyar Xosu oğlu tərəfindən Muğan bələdiyyəsinin mülkiyyətində olan 125 hektar (hər biri 25 hektar olmaqla) örüş sahəsindən istifadə edirlər. 
 
Bütün bu saxtakarlıqları isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cəlilabad Ərazi Şöbəsi təsdiq edir. Lakin istintaq orqanları tərəfindən bu korrupsiya faktları ilə bağlı heç bir nə araşırma aparılır, nə də Rasif Həsənovla bağlı tədbir görülür. 
 
Hörmətli cənab Baş prokuror! 
 
Bu qədər yerləri qanunsuz satan Rasif Həsənov barəsində bəs niyə ciddi tədbir görülmür? Sizdən xahişim odur ki, mənim 10 hektar torpağımın icarə müqaviləsinin artırılması üçün Muğan bələdiyyəsinə ciddi göstəriş və tapşırıqlarınızı verəsiniz. Əgər mənim torpağım qanunsuzdursa, niyə bəs onda bu şəxslər barəsində tədbir görülmür? Burda qanunsuz yer əkən təkcə mənəm? Axı qanunsuz dedikləri yeri də mənə Muğan bələdiyyəsi verib. 
 
Qaldı ki, bu ölkədə Rasif Həsənovdan çox qanunsuz iş görən yoxdur. Mən R.Həsənovdan və adı çəkilən şəxslərdən fərqli olaraq bu torpaq uğrunda sağlamlığımı itirmişəm. Xahiş edirəm, Muğan bələdiyyəsinin özbaşınalığı ilə bağlı ciddi tədbirlər görəsiniz. Mən sizə əlavə olaraq məktubumla birlikdə yazıqlarımı sübut edən sənədləri də təqdim edirəm. Əgər tədbir görülməzsə, mən həmin torpaq sahəsində benzin töküb özümü yandıracam və qoy bu işə biganə yanaşan dövlət qurumları ondan sonra nəticə çıxarsınlar. 
 
tel: 050-309-12-01
 





Ana səhifəyə qayıt        Baxış: 4 976          Tarix: 3-04-2021, 14:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma