Xəbər lenti
Dünən, 18:14
Dünən, 14:30
Dünən, 13:44
1-11-2025, 23:19
1-11-2025, 21:17
1-11-2025, 19:30
1-11-2025, 18:30
1-11-2025, 17:30
1-11-2025, 16:39
1-11-2025, 15:15
1-11-2025, 14:00
1-11-2025, 13:00
1-11-2025, 11:10
1-11-2025, 11:00
1-11-2025, 10:00
31-10-2025, 23:30
31-10-2025, 21:30

"Qardaşım 2001-ci ildən 2018-ci ilədək Bakı şəhər İcra Hakimiyyətində müxtəlif vəzifələrdə, həmçinin aparat rəhbəri kimi fəaliyyət göstərib. 2018-ci ildə rəhbərlik dəyişəndə işdən öz ərizəsi ilə azad olunub. O, artıq dünən həbs edildi"
Ovqat.com xəbər verir ki, bunu Rasim Quliyevin qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Unikal.org-la əlaqə saxlayaraq bildirib.
Onun sözlərinə görə, indiyədək qardaşı barəsində istintaq işi aparılmayıb:
"Yalnız bir dəfə 2018-ci ildə izahat alındı, qurtardı.
İşlə bağlı appelyasiya şikayəti verəcəm. Mən qardaşımı şərəfli və ləyaqətli bir insan kimi tanımışam. O, dövlətinə və xalqına şərəflə xidmət edib.
Qardaşım 1990-cı ildə tələbə hərəkatının liderlərindən biri olub və 1992-ci ilin dekabr ayında AXC-Müsavat hakimiyyəti dövründə siyasi məhbus kimi həbs edilib. O, 1993-cü ildə aclıq aksiyasına başlayıb və nəhayət Ulu Öndərin müdaxiləsindən sonra qardaşım azadlığa buraxılıb.
Mən demirəm ki, qardaşımın həbs edilməsi birbaşa Hacıbala Abutalıbovla bağlıdır. Mən əminəm ki, cavabdeh şəxslər gec-tez üzə çıxarılacaq və cəzalandırılacaq. Qardaşım (Söhbət “Hacı bəlanın sağ əlindən gedir – Ovqat.com) işlədiyi dövrdə rüşvət almayıb.
"Mənim xalqım bütün hər bir problemi bilir, başa düşür və həll etmək üçün əlindən gələni edir" - Hacıbala Abutalıbov
Mən konkret olaraq deyim ki, Rasim Quliyevi yaxından tanıyanlar bilir ki, o, çox təmiz bir insandır.
Bu hadisələr baş verəndə qardaşım hədəf kimi seçilməməli idi. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq."
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar




























