Xəbər lenti
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
3 ilə yaxındır, məhbus həyatı yaşayan Salyan rayon sakini Elşən Cabarov aclıq aksiyasına başlayıb.
Ovqat.com-a bu barədə məlumat məhbusun ailəsi tərəfindən verilib.
Bildirildiyinə görə, Elşən Cabbarov məhkəmənin onun barəsində ədalətsiz hökm çıxardığına etiraz edərək aclıq aksiyası keçirir.
Qeyd edək ki, Elşən Cabbarov 2018-ci ildə Daxili İşlər Nazirıiyi Baş İstintaq və Təhqiqat İdarəsinin təqdimatı əsasında Səbail Rayon Məhkəməsi tərəfindən 11 il yarım müddətinə azadlıqdan məhrum edilib. Onu bir qrup şəxslə əlbir olub Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj etməkdə günahlandırıblar. Maraqlıdır ki, məhbusla bərabər ittiham olunan şəxslər yalnız inzibati cəza alsalar da, Elşən Cabbarova ən ağır cəza kəsilib. Halbuki Elşən Cabbarov I Qarabağ əlilidir və səhhətində ciddi problemlər var. Üstəlik, 4 uşaq atası olan Elşənin ailəsi hazırda Bakıda kirayədə yaşayır, 3 övladı tələbə, 1 oğlu isə şagirddir.
Elşən Cabbarovun atası Mürsəl kişi üzünü Azərbaycan hüquq mühafizə orqanlarına tutub soruşur: “Əgər eyni cinayəti törətmiş şəxslərə yüngülləşdirici hal tətbiq olunacaqsa, buna ən çox haqqı çatan Elşən idi. Niyə o zaman digər müttəhimlər azadlığa buraxıldığı halda, mənim xəstə övladım həbsxanada çürüdülür”.
Mürsəl kişi oğlunun barəsində irəli sürülən ittihamlarla da razılaşmır. Onun sözlərinə görə, oğlu Salyan rayonunda bir çoxlarının haqqını müdafiə etdiyi, dolayısıyla korrupsioner məmurların ayağını tapdaladığı üçün şərlənərək həbsə atılıb.
Mürsəl kişi oğlunun həbsində “5-ci kolon”un aparıcı şəxsi kimi tanınan Əli Həsənovu günahlandırıb. M.Cabbarov Bakıpost.az-a verdiyi müsahibəsində deyib ki, “oğlunun həbsində Əli Həsənovun qaynı Salyan RPŞ-nin rəisi vəzifəsində işləmiş Cəbrayıl Vəliyevin az rolu olmayıb:
“O, polislərə göstəriş verirdi ki, bir yol tapıb Elşəni içəri qoymalısınız. Sonradan isə istintaqın aparılması DİN-nin İstintaq İdarəsində həyata keçirildi. Onlar da özlərini elə apardılar ki, sanki, vətənə xəyanət edib. Onu həbs etməklə qalmayıb, bütün mağazalarını bağlatdırıb, əmlakımın üzərinə həbs qoydurdular.
“Zərərçəkmiş" şəxs kimi tanınmış Rəcəb Ağayev, Nizami Həsənov, Vüqar Gülüşov, Qənbər Həsənov və Röyal Həsənov ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək E.Cabbarova qarşı haqsızlıq edildiyini bildiriblər. R.Həsənov məhkəməyə göndərdiyi ərizəsində qeyd edir ki, E.Cabbarov ona qarşı heç bir zaman pis olmayıb. Ayrı-ayrı adamlara və ona hər zaman maddi və mənəvi yardımlar edib. Ondan da şikayətçi olmayıb. Sonradan Elşən tutulduğuna görə qorxub ki, birdən onu da tutarlar. Ona görə də məcbur qalıb Elşəndən şikayətçi olub. Zərərçəkmiş şəxs N. Həsənov apellyasiya şikayətində guya, məhkəmədə ifadə verərkən "dəymiş ziyan tam ödənilmişdir", deyə göstərib. Məhkəməyə yazılı ərizə yazaraq bildirib ki, "2017-ci ilin yay aylarında bacısı oğlu R.Həsənovla söhbət edərkən ona "Kamaz" markalı yük avtomobili almaq istədiyini, Neftçala rayonunda yaşayan Nail Quliyev 8300 manata "Kamaz" satdığını deyib. "Kamaz" markalı yük avtomobili almağa pulu olmadığına görə Röyalın vasitəsi ilə Elşəndən pul alıb N.Quliyevə verib. Elşənlə arasında olan razılaşmaya görə borcu tam qaytardıqdan sonra avtomobil onun adına sənədləşdirilməli idi. E. Cabbarov həbs olunduğuna görə "Kamaz" markalı yük avtomobilinin sənədləşdirmək mümkün olmadı. Belə ki, Səbail Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli qərarı ilə əmlakın üzərinə həbs qoyuldu. Elşən həbs edildiyi üçün "Kamaz" markalı yük avtomobilinə ödədiyi pulun bata biləcəyini düşünüb və onu qızışdırdıqları üçün ərizə ilə istintaqa müraciət edib. Müraciəti şikayət xarakterli olmayıb. İstintaqda yalan ifadə verdiyini deyib. İbtidai istintaq zamanı ona dedilər ki, pul verəcəyik, maşın da özünə qayıdacaq, ona görə də yalan ifadələrə razılıq verib”.
M.Cabbarov əlavə edib ki, Elşənin azadlığa buraxılmağını tələb ediblər:
“Məhkəmə yalnız ona cəza verib. Digər 4 təqsirləndirilən şəxs istintaq dövründə həbs edilmədi, azadlıqda qaldılar. Budurmu ədalət? Belə ədalət olar?””.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar