Xəbər lenti
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
Məlum olduğu kimi, bir müddət əvvəl Sədərək rayonu sakinlərinin şikayətlərini dərc etmişdik. Şikayətçilər əsasən rayonda su bölgüsünün düzgün aparılmamasından şikayətlənir və qurumuş taxıl sahələrinin, ağaclarının foto-şəkillərini, video-görüntülərini çəkib bizə göndərirdilər.
Görünən budur ki, sakinlərin dilə gətirdiyi şikayətlər Sədərəkdə birmənalı qarşılanmayıb və Ali Soylu adlı facebook istifadəçisi bizə ünvanladığı məktubda reallığı təhrif etməkdə günahlandıraraq Sədərəkdə su probleminin yaşanmadığını bildirib. Onun iddiasına görə, Sədərəkdə müxtəlif kanallara ayrılan mərkəzi şəbəkədən su növbə ilə verildiyindən bizə göndərilən videonun çəkilişi başqa kanalın su növbəsinə düşüb. Odur ki, kanal qup-quru görünürmüş.
İddiaçının fikirlərini dəyərləndirməyi hörmətli Sədərək əhlinin ixtiyarına buraxır və bütün tərəflərə söz haqqı vermək adına Ali Soylu adlı “zəhmətkeş”in çəkib göndərdiyi foto-şəkilləri yazdığı kiçik məktubla birlikdə nəzərinizə çatdırırıq.
“Realıqlardan nümunələr
Bunu da ictimailəşdirərsiniz paylaşarsınız. Su nasosları növbəli prinsip əsasında işləyir. Kimsənin də yeri susuz qalmayıb. Sizə daha əvvəl də dediyimiz kimi bir gündə hər kəs əkini suvara bilməz. “O əkin yerləri niyə o gündədir” deyirsinizsə, bunun bir cavabı var: hər torpaq sahəsi eyni münbitliyə malik deyil”.
Sədərək “zəhmətkeş”inin bizə göndərdiyi bu məktubun həqiqəti nə dərəcədə inikas etdirdiyini demək bizə düşməz. Hər halda dolayı yolla cavab vermək mədəniyyəti göstərdiyinə görə biz Sədərək İcra Hakimiyyətinə öz təşəkkürümüzü bildiririk. Arzu edərdik ki KTN də Sədərək rəhbərliyinin bu nümunəvi davranışlarından ibrət dərsi alsın və barəsində irəli sürülən ittihamlara aydınlıq gətirsin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar