Xəbər lenti

 
 
Sədərəklə bağlı işıqlandırdığımız məlumatlara rayondan cavab verilib.
 
Ovqat.com xəbər verir ki, rayon sakinlərindən biri yaxın dostlar vasitəsilə saytımızda gedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib. 
 
Sakinin iddiasına görə, icra başçısı Həbib İbrahimov indiki vəzifəsinə təyin olunan gündən Sədərək böyük inkişaf mərhələsinə qədəm qoyub. Görülən başlıca işlərdən biri də Sədərəyin və onun yaxınlığında salınan Heydərabad qəsəbəsinin yaşıllaşdırılması olub.
 
Adının çəkilməsini istəməyən sakin iddialarının əyani sübutu olaraq bizə video da göndərib. Biz də bunu Sədərək İcra Hakimiyyətinin yarı-rəsmi təkzibi kimi qəbul edir və videonu dəyərli Oxucularımızın diqqətinə çatdırırıq. 


 
Onu da xatırladırıq ki, Sədərək haqqında müzakirələr rayon sakinlərindən birinin bizə göndərdiyi video ilə başlamışdı. Həmin videoda şikayətçi rayondakı 60-70 yaşlı köklü ağacların heç bir səbəb olmadan kəsilməsindən söhbət gedirdi. Sədərəkdən təkzib kimi göndərilən videonun həmin iddiaları nə dərəcədə yalanladığına qərar verməyi dəyərli Oxucuların ixtiyarına buraxırıq.
 



Ana səhifəyə qayıt        Baxış: 4 410          Tarix: 3-07-2020, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma