Xəbər lenti
Dünən, 19:25

 
Naxçıvanın Sədərək rayon ərazisində ermənilərlə atışma olub. 1 erməni əsgəri öldürülüb.
 
Ovqat.com
xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyir.
 
Nazirliyin məlumatından belə anlaşılır ki, ordumuzun mühəndis-inşaat çalışmalarını əngəlləmək istəyən düşmən əsgərləri Azərbaycan mövqelərinə atəş açıblar. Cavab atəşi nəticəsində bir erməni əsgəri ölümcül yara alıb.


 
Ermənistan Müdafiə Nazirliyinin bildirdiyinə görə, hadisə Sədərəklə qonşu Eraks adlanan kənd ərazisində baş verib. Bu ərazi işğal altında olan Kərkinin yaxınlığındadır. Mümkündür ki, Azərbaycan əsgərlərinin mühəndis inşaat çalışmaları ermənilər tərəfindən Kərkinin işğaldan azad olunması cəhdi kimi başa düşülüb və bu səbəbdən atışma çıxıb.
 
Hər iki kənd Ermənistanın paytaxtı İrəvandan 70 km aralıda yerləşir.
 
Azərbaycan Müdafiə Nazirliyi hələ ki hadisə ilə bağlı heç bir məlumat yaymayıb.


Ana səhifəyə qayıt        Baxış: 6 829          Tarix: 14-07-2021, 12:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma