Xəbər lenti

"İkinci aydır ki, işsizəm, iqtisadçı kimi işsizliyin yaratdığı fəsadları dərindən bilməyimə baxmayaraq, bu sosial bəlanı ilk dəfədir ki, gerçək həyatda yaşayıram, işsizlərin problemlərini praktikada sınaqdan keçirirəm. Fikirləşirəm ki, illərlə bu əzaba düçar olanlar, görün nələr çəkirmiş, xüsusilə də Bakı kimi bahalı şəhərdə yaşayanlar".

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbdaoğlu sosial şəbəkədəki hesabında yazıb. O, uzun müddət ABŞ-ın tanınmış universitetlərində çalışıb, ötən ay Azərbaycana qayıdıb.

İqtisadçı xatırladır ki, işsizlərə müavinət və ya iş yerləri təklif etmək, hər kəsin yaşayış hüququnu təmin etmək, uşaqların, əlillərin, ahılların, aztəminatlıların sosial qayğısını çəkmək hakimiyyətin ən ümdə vəzifəsidir. "Özümü nəzərdə tutmuram, mənim hakimiyyətdən heç bir gözləntim yoxdur", - deyə Q.İbadoğlu əlavə edib.


Ana səhifəyə qayıt        Baxış: 2 719          Tarix: 10-08-2021, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma