Xəbər lenti


"Bir neçə həftə əvvəl yazmışdım ki, "Formula 1", Avropa Çempionatının oyunları yaxınlaşdıqca Azərbaycanda virusa yeni yoluxma faktları kəskin azalacaq. Bu günə olan məlumata görə, 156 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib. Əslində vaksinləşməyə görə Azərbaycanda koronavirus infeksiyasına yoluxmada azalma müşahidə olunmalı idi, bu gözlənilən idi". 

"AzPolitika.info" xəbər verir ki, bunları iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədəki hesabında yazıb.
 
Ekspert, son məlumata görə, 852 686 nəfərin tam peyvənd olunduğunu xatırladıb: "Bir fakta da diqqəti çəkmək istərdim. 156 yeni yoluxmaya 7 nəfər ölüm faktı proporsional deyil. Bu hesabla 1560 yeni yoluxma ilə 70 nəfər ölüm proporsiyası yaranır. Bu onu göstərir ki, yeni yoluxmada kəskin azalma saxta olsa da, ölüm statistikası gerçəkdir"

Q.İbadoğlu daha sonra qeyd edib ki, "Formula 1" yarışının yaxınlaşması gələn aydan koronavirusa görə məhdudiyyətlərin əksəriyyətinin aradan qaldırılmasına da gətirib çıxaracaq. "Göründüyü kimi "Formula 1" yarışının xalqa yalnız ziyanı yoxdur, hərdən faydası da olur", - deyə ekspert vurğulayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 592          Tarix: 25-05-2021, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma